Modern.az

Serbiya Krım və Donbassı Ukrayna ərazisi kimi tanıyır - Vuçiç

Serbiya Krım və Donbassı Ukrayna ərazisi kimi tanıyır - Vuçiç

18 Yanvar 2023, 23:31

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin Krımla bağlı mövqeyindən danışıb.

 

Modern.az xəbər verir ki, o, "Bloomberg" nəşrinə müsahibəsində Serbiyanın Krım və Donbası Ukrayna ərazisi kimi tanıdığını bildirib.

 

Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina edən Serbiya lideri bildirib ki, Donbas Ukraynadır və belə də qalacaq.

 

Ukrayna münaqişəsi məsələsində Aleksandr Vuçiç qeyd edib ki, ən pisi hələ qarşıdadır. O, bir neçə aydır Vladimir Putinlə danışmadığını əlavə edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?