Modern.az

Əfqanıstanda soyuq hava 70 nəfərin həyatına son qoydu 

Əfqanıstanda soyuq hava 70 nəfərin həyatına son qoydu 

19 Yanvar 2023, 00:40

Əfqanıstanda soyuq hava nəticəsində azı 70 nəfər ölüb.

 

Modern.az AFP-yə istinadən xəbər verir ki, paytaxt Kabil daxil olmaqla bir sıra vilayətlərdə kəskin soyuqlar qeydə alınıb.

 

Mərkəzi Qor bölgəsində isə həftə sonu -33C soyuq olub. Əfqanıstan meteorologiya departamenti qeyd edib ki, bu qış son illərin ən soyuq qışıdır.

 

Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyi son səkkiz gündə 70 nəfərin və 70 min mal-qaranın öldüyünü bildirib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?