Böyük Britaniya Ukraynaya 200 zirehli texnika verəcək.
Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ceyms Klaverli deyib.
“Ukrayna qalib gələnə qədər onu dəstəkləməli, vədlərimizə əməl etməliyik. Buna görə də, Böyük Britaniya daha sürətli hərəkət etmək və Ukraynaya dəstək üçün daha çox iş görmək qərarına gəlib. Beləliklə, Britaniya Ukraynaya “Challenger 2” əsas döyüş tankı, ağır artilleriya və 200-dən çox zirehli texnika bağışlayacaq”, – deyə Kleverli bildirib.