ABŞ Ukraynaya 2,6 milyard dollar məbləğində 100-dən çox hərbi texnika və minlərlə sursatdan ibarət böyük hərbi yardım paketi hazırlayır.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezident Administirasiyası məlumat yayıb.
İlk dəfə olaraq paketə Ukrayna qüvvələrinin Rusiya ilə müharibədə cəbhə xəttinə daha sürətli və təhlükəsiz hərəkət etməsinə imkan yaratmaq üçün 100-ə yaxın “Stryker” döyüş maşını və ən azı 50 “Bradley” zirehli maşınının daxil olacağı gözlənilir.
Bundan əlavə, yardımın hava hücumundan müdafiə sistemləri də daxil olmaqla minlərlə döyüş sursatını əhatə edəcəyi gözlənilir. Eyni zamanda qeyd olunur ki, tankların Ukraynaya ötürülməsi gözlənilmir. Rəsmilərin dediyinə görə, ABŞ administrasiyası paketlə bağlı müzakirələri yekunlaşdırdıqdan sonra rəqəmlər dəyişə bilər.