Modern.az

Ermənistanda yüksək vəzifəli hərbçilər CƏZALANDIRILDI

Ermənistanda yüksək vəzifəli hərbçilər CƏZALANDIRILDI

19 Yanvar 2023, 11:06

Ermənistan Silahlı Qüvvələrinin arxa bölməsinin yanğın təhlükəsizliyi xidmətinin rəisi tutduğu vəzifədən azad ediləcək.

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Müdafiə Nazirliyindəki mənbə bildirib.
 

Hadisəyə görə, 2-ci ordu korpusunun komandiri, polkovnik Vahram Qriqoryan da işdən qovulub.

Bundan başqa, korpus komandirinin müavini, briqadanın qərargah rəisi polkovnik-leytenant Rudik Akopyan, maddi-texniki təchizat briqadası komandirinin müavini polkovnik-leytenant Qor Haqekyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Qazaryan, mühəndis-istehkamçılar bölüyünün komandiri kapitan Qor Sarkisyan, ikinci ordu korpusu qərargahının rəisi, komandir müavini, polkovnik Miqran Maxsudyan, korpus komandirinin maddi-texniki təminat üzrə müavini polkovnik Şiraz Xaçatryan, korpus komandirinin döyüş xətti üzrə müavini polkovnik Artur Ohanyan da tutuduqları vəzifədən azad ediliblər.

Xatırladaq ki, Ermənistanın Qeqarkunik rayonundakı Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI