Modern.az

Baydenin reytinqi 40%-ə düşdü - SƏBƏB

Baydenin reytinqi 40%-ə düşdü - SƏBƏB

Dünya

19 Yanvar 2023, 16:22

“Reuters” Agentliyi ABŞ prezidenti Co Baydenin buhəftəki reytinqi ilə bağlı sorğu keçirib. 

Modern.az xəbər verir ki, sorğunun nəticəsi C.Baydenin ictimaiyyət arasındakı reytinqinin 40%-ə düşdüyünü göstərib.
 

13-15 yanvar tarixlərində keçirilən sorğuda 1035 nəfər iştirak edib. 
 

Agentliyin məlumatına görə, bu, ABŞ prezidentinin evində onun vitse-prezident olduğu dövrə (2008-2016) aid məxfi sənədlərin aşkarlanması ilə bağlıdır. CNN mənbələri bildiriblər ki, sənədlərdə Ukrayna, İran və Böyük Britaniya ilə bağlı kəşfiyyat məlumatları var.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?