Modern.az

Ohanyana cinayət işi açılacaq - Prokurorluq parlamentə müraciət etdi

Ohanyana cinayət işi açılacaq - Prokurorluq parlamentə müraciət etdi

Dünya

20 Yanvar 2023, 12:20

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana cinayət işi açılacaq.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, baş prokuror Anna Vardapetyan Ohanyanın cinayət məsuliyyətinə cəlb edilməsində israrlıdır.

 

O, müxalifətin parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri olan eks-nazirə qarşı cinayət işinin başlanmasına razılıq verilməsi üçün qanunverici orqanın sədri Alen Semonyana müraciət edib.

 

Bildirilib ki, yaxın vaxtlarda razılıq əldə olunduqdan sonra onun barəsində cinayət işi açılacaq.

 

Qeyd edək ki, Ohanyan deputat kimi toxunulmazlığa malik olduğundan Baş Prokurorluğun cinayət təqibi üçün parlamentin razılığı lazımdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?