Rusiya prezidenti Vladimir Putin növbəti dəfə Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasını keçirib.
Modern.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Görüşün əsas mövzusu Ukraynaydakı hərbi əməliyyatların gedişi olub.
"Xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı fikir mübadiləsi aparılıb. Müdafiə naziri Sergey Şoyqu əməliyyat qərargahına baş çəkməsi barədə iştirakçılara məlumat verib. Putin xarici liderlərlə telefon danışıqları barədə Təhlükəsizlik Şurasının üzvlərini məlumatlandırıb. Sosial və iqtisadi məsələlər də müzakirə edilib", - Peskov deyib.