Modern.az

Ukraynaya \"Leopard\" göndərilməsinə razılıq verilmədi

Ukraynaya \

20 Yanvar 2023, 17:50

ABŞ-ın Almaniyadakı Ramştayn bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə 8-ci təmas qrupunun iclasında Ukraynaya "Leopard" tanklarının verilməsi barədə razılıq əldə olunması mümkün olmayıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, Almaniyanın yeni müdafiə naziri Boris Pistorius məsələyə aydınlıq gətirib.

 

Onun sözlərinə görə, bunun lehinə və əleyhinə olan hər bir ölkənin özünəməxsus arqumenti olub və ümumi razılığa gəlmək alınmayıb.

 

Nazir vurğulayıb ki, məsələ tezliklə həllini tapacaq və hər şey kansler Olaf Şoltsdan asılıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?