Modern.az

ABŞ Ukraynaya NASAMS sistemi verəcək 

ABŞ Ukraynaya NASAMS sistemi verəcək 

Dünya

20 Yanvar 2023, 18:13

ABŞ-ın Ukrayna üçün ayırdığı 2,5 milyard dollarlıq yeni hərbi yardım paketinə NASAMS zenit-raket sistemi də daxil ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

 

Qeyd olunur ki, 2022-ci ilin oktyabrında ABŞ Ukrayna Silahlı Qüvvələrinə iki NASAMS sistemi təhvil verib. Sistemlər Rusiyanın hava hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub.

 

Xatırladaq ki, paketə 59 "Bradley" piyada döyüş maşını, 90 "Stryker" zirehli transportyoru, 53 minadan qorunan maşın və 350 "Humvees" hərbi yük maşını daxildir.

 

Akif İsmayılov 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?