Modern.az

Putinə görə qazax deputatın mandatı ləğv edildi 

Putinə görə qazax deputatın mandatı ləğv edildi 

20 Yanvar 2023, 19:32

Qazaxıstan parlamentinin deputatı Azamat Əbildayev Rusiyanın Ukraynadakı müharibəsini dəstəklədiyinə görə mandatdan məhrum edilib.

 

Modern.az xəbər verir ki, qərar Qazaxıstan Mərkəzi Seçki Komissiyasının saytında dərc olunub.

 

Bundan əvvəl Əbildayev “Ak Yol” Demokrat Partiyasından da xaric edilib.

 

Xatırladaq ki, yanvarın 18-də deputat "Azattyk" radiosuna müsahibəsində Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini bildirib. O, Ukraynanı “nasistlərin” idarə etdiyini və dinc əhali arasında itkilərin qarşısını almağın mümkün olmadığını söyləyib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?