Modern.az

Almaniya və Ukrayna müdafiə nazirləri danışıqlar apardı

Almaniya və Ukrayna müdafiə nazirləri danışıqlar apardı

Dünya

21 Yanvar 2023, 00:31

Ukraynanın müdafiə naziri Oleksey Reznikov almaniyalı həmkarı Boris Pistorius ilə görüşüb

 

Modern.az xəbər verir ki, bu barədə Reznikov "Twitter"də məlumat yayıb.

 

Görüş zamanı "Leopard 2" tanklarının tədarükü ilə bağlı müzakirə aparılıb.

 

"Almaniyanın müdafiə naziri Boris Pistoriusu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdim. "Leopard 2" ilə bağlı səmimi söhbətimiz oldu", - o yazıb.

 

Reznikov Ukraynaya hərbi yardıma və Ramşteyndəki qonaqpərvərliyə görə Almaniya hökumətinə və alman xalqına təşəkkür etdiyini bildirib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?