Britaniya hakimiyyəti İranın keçmiş müdafiə nazirinin müavini Əlireza Əkbəriyə Londona casusluq etməsi üçün 2 milyon avrodan çox pul ödəyib.
Modern.az xəbər verir ki, bu iddanı İranın “Tasnim” xəbər agentliyi yayıb.
Agentliyin məlumatına görə, yanvarın ortalarında edam edilən keçmiş məmura həm də Avropanın bir neçə ölkəsində Britaniya tərəfdən əmlak daşınmaz alınıb.
İran Kəşfiyyat Nazirliyi iddia edib ki, “ingilislər Əkbərini İrandan qaçırmağı planlaşdırdılar, ona iki milyon avrodan çox pul ödəyib, Vyana, London və İspaniyanın cənubunda aristokratik evlər alıblar”, - bildirib.
Qeyd edilir ki, Əkbəri pul və daşınmaz əmlakla yanaşı, Böyük Britaniyadan yaşayış icazəsi, daha sonra isə Britaniya pasportu alıb. Eyni zamanda, İranın Kəşfiyyat Nazirliyi vurğulayıb ki, keçmiş məmur Tehranın Qərbin məhdudlaşdırıcı tədbirləri ilə necə mübarizə aparması ilə bağlı Londona məlumat sızdırıb.