Yeni Zelandiyanın təhsil naziri Kris Hipkins ölkəsinin növbəti baş naziri olacaq.
Modern.az xəbər verir ki, bu barədə “Radio New Zealand” məlumat yayıb.
Qeyd edək ki, Casinda Ardernin istefasından sonra Yeni Zelandiyanın baş nazir postu boşalmışdı.
Yanvarın 22-si - bazar günü Leyboristlər Partiyasında daxili seçkilər keçiriləcək. Partiyanın yeni rəhbəri ölkənin baş naziri olacaq. Hipkins baş nazirliyə yeganə namizəd idi.
Hipkins özü də artıq bu vəzifəyə təyin olunmağı səbirsizliklə gözlədiyini bəyan edib.
O, “Mən həqiqətən bu işi səbirsizliklə gözləyirəm. Mən enerji və həvəs dalğası hiss edirəm”, - deyib.
Baş nazir postuna namizəd qeyd edib ki, o, “Yeni Zelandiyanın gələcəyi ilə bağlı inanılmaz nikbindir”.