Modern.az

Rusiya XİN Fransanı hədələdi

Rusiya XİN Fransanı hədələdi

Dünya

21 Yanvar 2023, 13:49

Rusiya ölkədəki fransız mediasına qarşı cavab tədbirləri görəcək.
 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

"RT France telekanalının hesablarının bloklanması Rusiyadakı fransız mediasına qarşı cavab tədbirlərinə səbəb olacaq. Əgər Fransa hakimiyyəti rus jurnalistlərə qarşı təzyiqi dayandırmasa, müvafiq olaraq Rusiya öz cavabını verəcək", - məlumatda bildirilir.
 

Qeyd edək ki, Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Xəzinədarlıq Baş İdarəsinin tələbi ilə Fransada Rusiyaya məxsusu RT France telekanalının bank hesabı bloklanıb. Bildirilir ki, müvafiq addım Aİ-nin 2022-ci il dekabrın ortalarında qəbul edilmiş doqquzuncu sanksiyalar paketinə uyğun olaraq atılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?