Modern.az

Moldova neytrallıqdan imtina edə bilər

Moldova neytrallıqdan imtina edə bilər

Dünya

21 Yanvar 2023, 18:07

Moldova prezidenti Maya Sandu ölkəsinin nə vaxtsa hərbi alyanslardan birinə üzv olmaq istəyəcəyini istisna etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə o, "Politico"ya müsahibəsində danışıb.

 

“Hazırda özümüzü qorumaq qabiliyyətimizlə bağlı ciddi müzakirələr gedir. Bunu özümüz edə bilərikmi, yoxsa daha böyük ittifaqın bir hissəsi olmalıyıq? Və əgər biz bir ölkə olaraq nə vaxtsa neytrallığımızı dəyişməli olduğumuz qənaətinə gəlsək, bu, demokratik proses vasitəsilə baş verməlidir”, - Sandu deyib.

 

Xatırladaq ki, Moldova konstitusiyasında ölkəsinin netral olması bəyan edilib. Bu, ölkənin NATO və ya KTMT-yə üzv olmasını istisna edir. Yanvarın 14 -də Moldovanın Briçeni sərhəd bölgəsinə raket parçaları düşüb. Bundan sonra Moldova hakimiyyəti Aİ ölkələrindən hava hücumundan müdafiə sistemləri istəyib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?