İtaliya Slovakiyaya "Samp/T" hava hücumundan müdafiə sistemləri göndərmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti məlumat yayıb.
Bildirilir ki, bunun qarşılığında Roma Slovakiyadan öz "Patriot" sistemlərini Ukraynaya göndərilməsini tələb edəcək.
Hazırda İtaliya hökuməti prosesin necə həyata keçiləcəyi ilə bağlı araşdırma aparır. Məsələ Almaniyanın Ramşteyn şəhərindəki bazada keçirilən Ukraynaya yardım qrupunun iclasında gündəmə gətirilib.
Güman edilir ki, Slovakiya "Patriot" kompleksini Almaniyaya təhvil verəcək və burada Ukrayna hərbçilərinə sistemin istifadəsi üzrə təlim keçəcəklər. Sonra "Patriot" Ukraynaya göndəriləcək.
Akif İsmayılov