Modern.az

Makron etirazçılar qarşısında geri çəkilməyəcək

Makron etirazçılar qarşısında geri çəkilməyəcək

Dünya

21 Yanvar 2023, 21:51

Fransa hökuməti genişmiqyaslı etirazlara baxmayaraq, pensiya islahatları planlarını dəyişmək niyyətində deyil. 

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın BFM televiziyası hökumət nümayəndələrinə istinadən məlumat yayıb.

 

"İndi geri çəkilmək ölümcül ola bilər", - açıqlamada bildirilir.

 

Yanvarın əvvəlində Fransada minimum pensiya yaşının 2030-cu ildən 64-ə qaldırılması planlarının rəsmən elan edilməsindən sonra etirazlar başlayıb.

 

Sorğulara görə, fransızların 68%-i pensiya islahatından narazıdır. Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 19-da Fransada etiraz aksiyalarında 1,2 milyon insan iştirak edib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?