Ukrayna ordusunun tank heyətləri “Leopard 2” tanklarını idarə etmək üçün təlimlərə başlayacaq.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov məlumat verib.
Onun sözlərinə görə, hələ də Almaniya istehsalı "Leopard 2"nin tədarükü ilə bağlı razılıq əldə olunmasa da, Kiyev tankçıların hazırlanması ilə bağlı razılığa gələ bilib. Təlimlərin hansı ölkədə keçiriləcəyi barədə məlumat verilməyib.
Xatırladaq ki, Almaniya Ukraynaya "Leopard" tanklarının göndərilməsinə razılıq verməyib. Berlin tankların tədarükünün Rusiya ilə eskalasiyanı daha da artıracağını düşünür.
Akif İsmayılov