Modern.az

"RT Fransa" kanalı fəaliyyətini dayandırıb 

Dünya

21 Yanvar 2023, 22:52

Rusiya hakimiyyəti tərəfindən maliyyələşdirilən RT telekanalının Fransadakı nümayəndəliyi fəaliyyətini dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "RT Fransa" televiziya kanalı öz saytında məlumat yayıb.

 

Kremlyönümlü kanalın fəaliyyətinin dayandırılmasına səbəb Fransa İqtisadiyyat Nazirliyi yanında xəzinədarlıq baş idarəsinin telekanalın hesablarının dondurulması barədə qərarı olub.

 

Kanalın hesablarının bloklanması barədə xəbər yanvarın 19-da "Le Monde" qəzetində yayılıb. Buna səbəb Aİ-nin 2022-ci ilin dekabrında Rusiyaya qarşı qəbul etdiyi doqquzuncu sanksiyalar paketi olub. 

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?