Modern.az

Türkiyədə İŞİD liderlərindən biri ələ keçirildi

Türkiyədə İŞİD liderlərindən biri ələ keçirildi

Dünya

21 Yanvar 2023, 23:53

Türkiyə təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatının liderlərindən birini saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb

 

Əməliyyat ölkənin cənub-şərqindəki Qaziantep şəhərində keçirilib.

 

Ələ keçirilən şəxs Suriyanın şimalındakı Rakka şəhərində “İŞİD təhlükəsizlik xidməti”nə rəhbərlik edib, o, özünü həm də “Nineviya qubernatoru” (İraqın şimalındakı rayon) adlandırıb.

 

Saxlanılan şəxsin milliyyəti barədə məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?