Modern.az

Səfərbərlikdən qaçan ruslar Latviyaya buraxılmayacaq 

Səfərbərlikdən qaçan ruslar Latviyaya buraxılmayacaq 

22 Yanvar 2023, 00:13

Rusiyada növbəti kütləvi səfərbərlik başlayarsa, səfərbərlikdən açan ruslar Latviyaya buraxılmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Maris Kuçinskis bildirib.

 

O qeyd edib ki, minlərlə insan Rusiya-Latviya sərhədini keçməyə cəhd edərsə, Latviyanın fəaliyyət planı var, bu plan artıq müəyyən dərəcədə Latviya-Belarus sərhədində sınaqdan keçirilib.

 

"Latviya kifayət qədər təcrübə toplayıb və belarusların təşkil etdiyi "təlim" Latviya xidmətlərinin peşəkarlığını artırıb", - nazir vurğulayıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?