Almaniya Müdafiə Nazirliyi ötən ilin yay aylarından bəri Ukraynaya verilən və bundan sonra göndəriləcək "Leopard" tank modellərinin siyahısını hazırlayıb.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı yazıb.
Bildirilir ki, Almaniyada 2 fərqli versiyada 312 "Leopard" tankı var, onlardan 99-u keçən ilin may ayında texniki xidmətə göndərilib, biri isə artıq istismardan çıxarılıb. Beləliklə, hazırda Almaniya silahlı qüvvələrinin sərəncamında 212 tank var.
Jurnalistlərin məlumatına görə, siyahıda Ukraynaya çatdırılma ehtimalı olan 19 ədəd "Leopard 2A5" modelinin adı var.
Akif İsmayılov