Modern.az

İstefadan sonra yeni baş nazir seçildi

İstefadan sonra yeni baş nazir seçildi

Dünya

22 Yanvar 2023, 07:46

Yeni Zelandiyanın təhsil və ictimai xidmətlər naziri Kris Hipkins ölkənin Baş naziri seçilib.

 

Modern.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “The New Zealand Herald” nəşri məlumat yayıb.

 

O, Casinda Ardernin istefasından sonra hökumətə sədrlik edəcək.

 

K.Hipkins Yeni Zelandiya Leyboristlər Partiyasının yeni lideri seçildikdən sonra Casinda Ardern istefasını general qubernatora təqdim edəcək və ölkənin 41-ci Baş naziri and içəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?