Modern.az

Fransız siyasətçi Ukraynaya qarşı çıxdı - "Bitsin bu sirk!"

Fransız siyasətçi Ukraynaya qarşı çıxdı -

Dünya

22 Yanvar 2023, 11:00

Fransanın Patriotlar Partiyasının lideri Florian Filippo Ukraynanın dəstəklənməsinə qarşı çıxıb.

 

Modern.az xəbər verir ki, siyasətçi bu barədə tviter səhifəsində yazıb.

 

O, Kiyevin Parisdən tank tələbini sirk adlandırıb.

 

"Zelenski Fransaya "Leclerc" tanklarına ehtiyacı olduğunu deyir və mümkün qədər tez verilməsini istəyir. Biz onun xidmətçiləriyik, elə deyilmi? Tezliklə bizi fit çalaraq çağırmağa başlayacaq! Qoy bu biabırçı sirk bitsin!", - deyə Filippo yazıb.

 

Qeyd edək ki, Fransada ultra-sağçı siyasi qüvvələr arasında Rusiyayönümlü siyasi kurs aktualdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?