Modern.az

G7 ölkələrinin XİN başçıları Almaniyada görüşəcək

G7 ölkələrinin XİN başçıları Almaniyada görüşəcək

Dünya

22 Yanvar 2023, 11:52

"Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər naziri Almaniyada görüş keçirəcək.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, görüş 17-19 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

 

Toplantıya Yaponiya tərəfi sədrlik edəcək. 

 

Bildirilib ki, Ukrayna məsələsi əsas müzakirə mövzusu olacaq. Həmçinin qarşılıqlı maraq doğuran digər mövzuların da müzakirəsi planlaşdırılır.

 

Qeyd edək ki, ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiya "Böyük Yeddilik" ölkələridir.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?