Modern.az

Yunanıstana qaçmağa çalışan PKK-çı həbs olundu

Yunanıstana qaçmağa çalışan PKK-çı həbs olundu

Dünya

22 Yanvar 2023, 12:52

Türkiyədən qanunsuz yollarla Yunanıstana qaçmağa cəhd göstərən 1 nəfər həbs olunub.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Yunanıstanla həmsərhəd olan Edirne vilayətində qeydə alınıb.

 

Yunanıstan tərəfinə keçməyə çalışarkən birinci dərəcəli qadağan olunmuş hərbi zonada təsbit olunan 1 nəfər saxlanılıb.

 

Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxs PKK terror təşkilatının üzvüdür.

 

Məhkəmənin qərarı ilə PKK-çı azadlıqdan məhrum olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?