Modern.az

Mirzoyan Belçikaya gedir

Mirzoyan Belçikaya gedir

Dünya

22 Yanvar 2023, 14:49

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Belçikaya səfər edəcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, o, yanvarın 23-25-də Belçikanın paytaxtı Brüsseldə olacaq.

 

Qeyd olunub ki, nazir Avropa Parlamentində çıxış edəcək, eyni zamanda deputatların suallarını cavablandıracaq. 

 

Mirzoyan həmçinin NATO-nun baş katibi Yens Stoltenberq, Aİ xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel, Belçikanın xarici işlər naziri Aca Labib ilə görüşlər keçirəcək.

Bu xəbər ilə bağlı
Ararat Mirzoyan NATO baş katibi ilə görüşəcək
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?