Modern.az

Almaniyanın mövqeyi qəbuledilməzdir - Polşa baş naziri

Almaniyanın mövqeyi qəbuledilməzdir - Polşa baş naziri

22 Yanvar 2023, 15:24

Polşanın baş naziri Mateuş Moraveyski Ukraynaya tank tədarükündən danışıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, o, yeni koalisiyanın yaradılması ehtimalına münasibət bildirib.

 

"Almaniya "Leopard" tanklarının tədarükünə razı olmasa, biz daha bir koalisiya yaradacağıq. Ukraynada qan tökülməsinə passiv şəkildə oturub baxmayacağıq. Almaniya ilə və ya Almaniyasız Ukrayna və Avropa bu müharibədə qalib gələcək. Biz müasir texnikaların bir hissəsini "qurban verməyə" hazır olan ölkələrdən ibarət daha kiçik bir koalisiya yaradacağıq", - deyə Moraveyski söyləyib.

 

O əlavə edib ki, Almaniyanın mövqeyi qəbuledilməzdir və əgər Berlin tankların tədarükünə mane olmadığını deyirsə, onda Berlinin tankalrın göndərilməsini dəstəkləməsi ilə bağlı konkret bəyanatlarını eşitmək istərdi.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?