"Gürcüstan Cənubi Qafqazda sülhün olmasında maraqlıdır və bunun üçün öz üzərinə konkret öhdəliklər götürməyə hazırdır".
Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu”ndan olan deputat Mixail Sarjveladze deyib.
"Regionda, bizə yaxın ərazidə hərbi əməliyyatlardan heç kimə fayda gələ bilməz. Gürcüstan sülhdə maraqlıdır və səylərimizin səmərəli olması üçün üzərinə konkret öhdəliklər götürməyə və konkret funksiyaları yerinə yetirməyə hazırdır", - deyə deputat bildirib.