Modern.az

İtaliya və Fransa Ukraynaya “SAMP/T” sistemləri verəcək

İtaliya və Fransa Ukraynaya “SAMP/T” sistemləri verəcək

Dünya

22 Yanvar 2023, 18:47

"İtaliya və Fransa "SAMP/T" hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsi üçün hazırlıq işlərini tamamlamaq üzrədir".

 

Modern.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani "Corriere della Sera" nəşrinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, İtaliya artıq Ukraynaya təxminən 1 milyard avro dəyərində 5 hərbi yardım paketi təqdim edib və hava hücumundan müdafiə sistemlərinin də daxil olduğu altıncı paket hazırlanır.

 

"Fransa ilə əməkdaşlıq çərçivəsində biz "SAMP/T"nin daşınmasını başa çatdırırıq və açıqlamasaq da, digər fəaliyyətlər planlaşdırılır", - deyə nazir bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?