Modern.az

Türkiyədə keçiriləcək seçkilərin tarixi AÇIQLANDI

Türkiyədə keçiriləcək seçkilərin tarixi AÇIQLANDI

22 Yanvar 2023, 21:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, Ərdoğan bu barədə Bursa şəhərində gənclərlə görüşü zamanı məlumat verib.

 

O, seçkilərin növbədənkənar deyil, adi seçkilər olduğunu vurğulayıb.

 

Ərdoğan Türkiyə Prezidenti olaraq seçkiləri önə çəkə bilmək hüququna sahib olduğunu söyləyib. Türkiyə lideri, həmçinin martın 10-da seçkilərin keçirilməsi ilə bağlı qərarın veriləcəyini diqqətə çatdırıb.

 

Bundan əlavə, Ərdoğan Türkiyə müxalifətinin namizədi barədə fikirlərini bölüşüb: "Özlərinə "gəl" deyəndə gələcək, "sus" deyəndə susacaq namizəd axtarırlar".

 

Xatırladaq ki, Türkiyədə 6 müxalifət partiyasından ibarət seçki ittifaqı hələlik namizədini açıqlamayıb. "Altılı masa" adlandırılan siyasi blok vahid namizədin fevral ayında açıqlanacağını bəyan edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?