Modern.az

Baydenin reytinqi təhlükəli səviyyəyə enib 

Baydenin reytinqi təhlükəli səviyyəyə enib 

Dünya

22 Yanvar 2023, 22:19

ABŞ Prezidenti Co Bayden hakimiyyətinin üçüncü ilində aşağı reytinqlə daxil olur.

 

Modern.az xəbər verir ki, "Reuters-Ipsos"un apardığı rəy sorğusuna görə, amerikalıların 40 faizi Baydenin fəaliyyətini dəstəkləyir.

 

Bu rəqəm keçən ayki sorğudan qismən çox olsa da, Baydenin 2024-cü ildə yenidən namizəd olmasını açıqlaması fonunda təhlükəli hesab edilir. Baydenin reytinqinin aşağı olması Demokratlar arasında həyəcana səbəb olub.

 

"Gallup" təşkilatının məlumatına görə, prezidentliyinin üçüncü ilində Obamanın reytinqi 44 faiz, Trampın reytinqi 37 faiz olub. Obama nisbətən asanlıqla yenidən seçildi, Tramp isə məğlub oldu.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?