Mərakeş Çexiyada təkmilləşdirilən T-72B tanklarını Ukraynaya təhvil verib.
Modern.az xəbər verir ki, bu barədə Şimali Afrika və Yaxın Şərqdə hərbi mövzularda ixtisaslaşan "Menadefense" nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, bir həftə əvvəl Çexiya Ukraynaya iyirmiyə yaxın T-72 göndərib. Onlardan bəziləri Mərakeşə məxsus olub.
Mərakeş ordusunda bir neçə modifikasiyalı 300-ə yaxın T-72 tankının olduğu bildirilir. Onlar 1999 və 2000-ci illərdə Belarusdan alınıb.
Nəşrin məlumatına görə, Mərakeş 2022-ci ilin aprel ayının sonunda Ramşteyn sammiti zamanı bu tankların Ukraynaya təhvil verilməsinə razılıq verib. İddiaya görə, Mərakeş Ukraynaya verilən T-72-lərin müqabilində ABŞ-dan "Abrams" tankları ala bilər.
Akif İsmayılov