Modern.az

İrandan Türkiyəyə gedən təyyarə təcili eniş etdi 

İrandan Türkiyəyə gedən təyyarə təcili eniş etdi 

23 Yanvar 2023, 00:47

İranın “Qeshm Air” aviaşirkətinə məxsus təyyarə Təbrizdə təcili eniş edib.

 

Modern.az xəbər verir ki, Qeşm şəhərindən İstanbula uçan təyyarədə sərnişinin halı pisləşib.

 

Şəxsin həyatını xilas etmək üçün təyyarə Təbrizə təcili eniş etmək məcburiyyətində qalıb.

 

Ürək çatışmazlığından əziyyət çəkən şəxs xəstəxanaya yerləşdirilib və vəziyyəti qənaətbəxşdir. Təyyarə Təbriz aeroportunda qısa yoxlamadan sonra İstanbula yola salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?