Modern.az

Bu gün Saakaşvilinin növbəti məhkəməsidir

Bu gün Saakaşvilinin növbəti məhkəməsidir

Dünya

23 Yanvar 2023, 09:36

Bu gün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəmə iclası keçiriləcək.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, proses yerli vaxtla 14:00-da Tbilisidə davam edəcək.

 

Məhkəmə onun azadlığa buraxılması və ya cəzasının ertələnməsi məsələsinə baxacaq.

 

Saakaşvilinin məsafədən iclasa qoşulub-qoşulmayacağına müalicə aldığı "Vivamed" klinikasının həkimləri qərar verəcək.

 

Qeyd edək ki, 2021-ci ilin oktyabrından həbsdə olan eks-prezident dəfələrlə aclıq aksiyası keçirib və səhhətində ciddi problemlər var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?