Modern.az

Almaniya Ukraynaya “Leopard” verilməsinə yenidən baxacaq

Almaniya Ukraynaya “Leopard” verilməsinə yenidən baxacaq

Dünya

23 Yanvar 2023, 09:50

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Ukraynaya tank tədarükü məsələsindən danışıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, Pistorius tezliklə Ukraynaya "Leopard"ların verilib-verilməməsi barədə yekun qərar qəbul olunacaq.

 

"Hökumət burada bir neçə faktoru nəzərə almalıdır. O cümlədən Almaniya əhalisinin təhlükəsizliyi məsələsi də bunlardan biridir", - deyə o bildirib.

 

Almaniyanın xarici işlər naziri Annalena Berbok isə rəsmi Berlinin üçüncü ölkələrdən Ukraynaya "Leopard" tanklarının tədarükünə mane olmayacağını açıqlayıb.

 

Polşanın döyüş tanklarını Ukraynaya keçirməsi halında nə baş verəcəyi ilə bağlı suala nazir belə cavab verib:

 

"Hələ ki, bizdən soruşmayıblar, amma müdaxilə etməzdik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?