Özbəkistan və Türkmənistanın sərhəd delimitasiya-demarkasiyası üzrə hökumətlərarası komissiyanın işçi qrupu toplantı keçirib.
Modern.az xəbər verir ki, bu barədə "Kun.uz" məlumat yayıb.
Bildirilib ki, yanvarın 16-21-də Buxara şəhərində keçirilən toplantıda tərəflər Özbəkistan və Türkmənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiyanın birgə iclasına hazırlıq məsələlərini nəzərdən keçiriblər.
O cümlədən dövlət sərhədinin demarkasiyasına dair normativ-hüquqi və texniki sənədlərin layihələrinə baxılaraq razılaşdırılıb. Həmçinin toplantıda işçi qrupların 2023-cü il üçün iclaslarının təqvimi razılaşdırılıb. Danışıqların yekunu olaraq protokol imzalanıb.