Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin İrana səfəri çərçivəsində bu ölkənin parlament sədri Məhəmməd Baqir Qalibafla görüşüb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə Volodin birgə gündəm çərçivəsində gərgin hadisələrlə zəngin bir il olacağını proqnozlaşdırdığını deyib.
"İki ölkənin parlamentariləri ən yüksək səviyyədə qəbul edilmiş qərarların qanunvericilik tərəfinin təmin olunması üçün hər şeyi etməlidirlər", - Volodin əlavə edib.
O, iranlı həmkarını terrorizmlə mübarizə üzrə parlament sədrlərinin aprel konfransında iştirak etməyə dəvət edib. Qalibaf dəvəti qəbul edib
.
***
10:14
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti Tehrana rəsmi səfər edib.
Modern.az xəbər verir ki, səfər zamanı Dövlət Duması ilə İran parlamenti arasında əməkdaşlıq komitəsinin üçüncü iclasının keçirilməsi planlaşdırılır.
Səfər çərçivəsində Vyaçeslav Volodinin İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafla da danışıqları nəzərdə tutulub.
Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında danışıqların tərəflərin razılığı ilə təxirə salındığı bildirilib.