Modern.az

"Qızıl Xaç" Xankəndidən İrəvana daha 4 pasient apardı

Dünya

23 Yanvar 2023, 10:48

Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağdan Ermənistana 4 pasientin daşınmasını həyata keçirib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə kommunikasiya proqramının rəhbəri Zara Amatuni bildirib.

 

Qeyd olunub ki, bununla da İrəvandakı xəstəxanalarda Qarabağ ermənilərindən olan pasientlərin sayı 46-ya çatıb.

 

Xatırladaq ki, Xankəndi-Laçın yolundakı aksiyanın 43-cü günüdür və etirazçılar dəhlizin dinc məqsədlərlə istifadəsinə şərait yaradırlar.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?