Modern.az

Növbəti Ramşteyn görüşünün tarixi açıqlandı

Növbəti Ramşteyn görüşünün tarixi açıqlandı

23 Yanvar 2023, 11:42

ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun növbəti toplantısının keçiriləcəyi tarix məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksey Reznikov tviterdə yazıb.

 

"Hər görüşdən sonra tərəfdaşlarımızın Ukraynaya etibarının artdığını görürəm. Etibarın artması daha çox silah deməkdir. Növbəti Ramşteyn görüşü fevralda olacaq. Əlaqədə qalın", - deyə nazir qeyd edib.

 

Xatırladaq ki, sonuncu Ramşteyn görüşü ötən həftə keçirilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?