Modern.az

Ukraynada 2-3 həftə həlledici olacaq - Şarl Mişel

Ukraynada 2-3 həftə həlledici olacaq - Şarl Mişel

Dünya

23 Yanvar 2023, 11:48

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Ukraynada növbəti 2-3 həftənin həlledici olacağını açıqlayıb.

 

Modern.az xəbər verir ki, o, "Financial Times"a verdiyi müsahibədə bu barədə danışıb.

 

"Aİ ölkələrinin liderlərindən Rusiyanın dondurulmuş aktivlərindən vəsaitlərin Ukraynaya dəstək üçün yönəldilməsi ilə bağlı müzakirələrə yeni təkan verilməsini gözləyirəm. Bu problemin həllində irəliləyiş əldə etmək üçün güclü siyasi maraq var", - deyə Mişel söyləyib.

 

"Ukraynada növbəti 2-3 həftənin həlledici olacaq", - deyə Mişel sözlərinə əlavə edib.

 

Qeyd edək ki, Aİ ölkələri Rusiya Federasiyası Mərkəzi Bankının 300 milyard avroluq aktivlərini və rusiyalı iş adamlarının 20 milyard avroya qədər aktivlərini dondurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?