Modern.az

Ukraynaya tank verilməsi gündəlikdədir – Borrel açıqladı

Ukraynaya tank verilməsi gündəlikdədir – Borrel açıqladı

Dünya

23 Yanvar 2023, 11:55

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Ukraynaya tank tədarükündən danışıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, mətbuata açıqlama verərkən bu məsələyə də toxunub.

 

"Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündə Kiyevə tankların tədarükü məsələsi müzakirə olunacaq", - deyə o bildirib.

 

Borrel İrana yeni sanksiyalar tətbiq edilməsinin də gündəlikdə olduğunu açıqlayıb.

 

Qeyd edək ki, Almaniyanın Ukraynaya "Leopard" tanklarının tədarükündən imtina etməsi böyük etirazlara səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?