Modern.az

Bu, Rusiyaya qarşı psixoloji müharibədir - Ryabkov

Bu, Rusiyaya qarşı psixoloji müharibədir - Ryabkov

Dünya

23 Yanvar 2023, 12:02

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Ukraynaya "ATACMS" raketlərini tədarük etməsindən danışıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Ryabkov bunu "psixoloji müharibə" adlandırıb.

 

Ryabkovun sözlərinə görə, Moskva vəziyyətin gərginləşməsinin təhlükəli olduğu və onun nəticələrinin gözlənilməz ola biləcəyi barədə dəfələrlə xəbərdarlıq edib.

 

"Bu söhbətlər bizə qarşı psixoloji müharibədir", - deyə o söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?