Modern.az

İfadə azadlığı ilə nifrət nitqi arasında böyük fərq var - Altun

İfadə azadlığı ilə nifrət nitqi arasında böyük fərq var - Altun

23 Yanvar 2023, 13:06

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun ölkəsinin Stokholm şəhərindəki səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasından danışıb.

 

Modern.az xəbər verir ki, o, İsveçdə nəşr olunan “Dagens Nyheter” qəzetinin bu barədə suallarını cavablandırıb.

 

Altun ifadə azadlığı ilə nifrət nitqi arasında böyük fərq olduğunu qeyd edib və Türkiyə Konstitusiyasının da ifadə azadlığını təmin etdiyini bildirib.

 

"Türkiyə səfirliyi qarşısında Quran yandırmağın azadlıqla heç bir əlaqəsi yoxdur. Bu tədbir müsəlmanlara, xüsusən də İsveçdəki müsəlmanlara qarşı zorakılığı təbliğ edir. İsveç hökuməti Madriddə bəzi öhdəliklər götürdü. Son günlər eşitdik ki, İsveç rəsmiləri bütün vədlərini yerinə yetirdiklərini deyirlər. Bunun belə olmadığı açıq-aydın görünür", - deyə o söyləyib.

 

Türkiyə ilə İsveçin köklü siyasi, iqtisadi və mədəni əlaqələrə malik olduğuna diqqət çəkən Altun razılaşdırılmayan məsələlərin hamıya məlum olduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?