Modern.az

Rusiya Estoniya səfirini ölkədən qovdu - Diplomatik gərginlik

Rusiya Estoniya səfirini ölkədən qovdu - Diplomatik gərginlik

23 Yanvar 2023, 13:10

Rusiya və Estoniya arasında diplomatik münasibətlərin səviyyəsi aşağı salınır.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salır. Estoniya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, ona Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı kəskin etiraz edilib.

 

Səfirə fevralın 7-də Rusiya Federasiyasını tərk etmək tapşırılıb.

 

"İkitərəfli münasibətlərin bu hala gəlməsində bütün məsuliyyət tamamilə Estoniyanın üzərinə düşür və Rusiya Federasiyası Estoniya hakimiyyətinin düşmən addımlarına cavab verməyə davam edəcək", - deyə bildirilib.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?