Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında danışıqlar barədə yayılan məlumatlara münasibət bildirib.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, nə de-fakto, nə də de-yure danışıqlar üçün heç bir imkanın olmadığını deyib.
Peskov Putinin növbəti seçkilərdə iştirakının mümkünlüyü barədə də danışıb: "O, bu mövzuda heç bir açıqlama verməyib, iş həmişəki kimi davam edir".
Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək.