Modern.az

İrəvanda hökumət binası qarşısında ETİRAZ AKSİYASI

İrəvanda hökumət binası qarşısında ETİRAZ AKSİYASI

23 Yanvar 2023, 14:52

İrəvanda Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Aksiya ötən həftə Geğarkunikdəki hərbi hissələrdən birində baş verən partlayış nəticəsində 15 hərbçinin ölməsinə etiraz məqsədilə təşkil olunub.

 

"Sizin oğlunuz orduda növbəti qurban olmamalıdır!" lozunqu ilə baş tutan aksiyada hakimiyyət əleyhinə şüarlar yazılmış plakatlar qaldırılıb.

 

Ötən həftə baş vermiş hadisədə səhlənkarlıq elementlərinin olduğu diqqətə çatdırılıb və buna görə məsuliyyət daşımalı olanların cəzalandırılmasına çağırış edilib.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?