Qərb nümayəndələri birbaşa Kiyevə deyirlər ki, Rusiya ilə danışıqlar aparmaq hələ tezdir, münaqişə ilə bağlı danışıqlar güc mövqeyindən başlamalıdır.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Onlar birbaşa deyirlər ki, Rusiya 1991-ci il sərhədlərinə qaytarılmalıdır", - Lavrov Cənubi Afrikanın xarici işlər naziri Nadeli Pandor ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib. Ukrayna Krımı özünün müvəqqəti işğal olunmuş ərazisi hesab edir, Qərb ölkələri bu məsələdə Kiyevi dəstəkləyir.
Ötən ilin sentyabrında isə Ukraynanın işğal olunmuş daha 4 bölgəsi – Donetsk, Luqansk, Xerson və Zaporojye Rusiyanın tərkibinə daxil edilib.