Almaniya kansleri Olaf Şoltsun soyadından yeni söz yaradılıb.
Modern.az "NEXTA"ya istinadən xəbər verir ki, sosial şəbəkələrin ingilis seqmenti yeni sözlə zənginləşdirilib.
Belə ki, istifadəçilər Almaniya kanslerinin adından yaranan "scholzing" feli ilə gündəmə gəliblər. Onun təxmini mənası daim vədlər vermək, lakin onların yerinə yetirilməsini gecikdirmək və ya heç yerinə yetirməməkdir.
Almaniyanın əvvəlki kansleri Angela Merkel də yeni felin yaranmasına səbəb olub. Alman sözü olan "merkeln" heç nə etməmək, cavablardan yayınmaq və mühüm qərarları sonraya təxirə salmaq deməkdir.
Qeyd edək ki, Almaniyanın Ukraynaya "Leopard" tankları verməkdən imtina etməsi beynəlxalq miqyasda Şoltsun tənqid olunmasına səbəb olub.